Təcili yardıma yol verməyən sürücülərə hansı cəza verilir?
06 avqust 2021 13:59 (UTC +04:00)

Təcili yardıma yol verməyən sürücülərə hansı cəza verilir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu təcili tibbi yardım maşınına yol verməyən sürücülərlə bağlıdır.

Bəzən təcili yardım avtomobilləri tıxacda qalır və digər sürücülər onun dayanmadan hərəkətinə imkan yaratmır. Hətta tıxac olsa belə ambulans maşınlarına yol verməyən sürücülərə rast gəlinir.

Bəs görəsən, ölkə qanunvericiliyinə görə, təcili yardım avtomobillərinə yol verməyən sürücülərə hansı cəza tətbiq edilir?

Rubrikamızın sualına avto ekspert Elməddin Muradlı aydınlıq gətirib. O bildirib ki, həmin sürücülərə cərimə nəzərdə tutulsa da, bu mexanizm çox zəifdir:

“Azərbaycanda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 100 manat və 3 bal cərimə nəzərdə tutulur. Amma bu qaydaların tətbiqi mexanizmi çox zəifdir. Yol polisinin görmədiyi yerlərdə bəlkə də onlarla belə pozuntu olur. Səs siqnalı qoşduğu halda hətta yol patrul xidməti avtomobilinə də yol verməyən sürücülər olub. Son zamanlar isə təcili tibbi yardım maşınına yol vermə mədəniyyəti yaxşıya doğru gedir. Ancaq həm yol infrastrukturu, həm də bəzi intizamsız sürücülər hələ də bu irəliləyişə mane olurlar.

Bəzən yolların 1 zolaqlı olması, qarşı hərəkət zolağına keçməyin mümkün olmaması da TTY maşınlarının dayanmadan hərəkətinə əngəl yaradır. İntizamsız sürücülər də çox vaxt görürsən ki, 2 zolaqlı yolu 3-4 zolaqlı yola çeviriblər. Belə pozuntuya ən çox taksi sürücüləri yol verir. Zolaqların sayının süni şəkildə qanunsuz artırılması isə TTY, yanğınsöndürmə, polis maşınları və digər operativ nəqliyyat vasitələrinin hərəkətinə mane olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Mehman Nəbiyev

Oxşar yazılar