Tapılan qızlar sığınacağa  yerləşdirildi
27 aprel 2025 11:02 (UTC +04:00)

Tapılan qızlar sığınacağa yerləşdirildi

Ötən gecə Maştağada itkin düşən yeniyetmə qızların  tapılması barədə xəbər vermişdik.

Polis tərəfindən tapılan məktəbli qızlar "Azərbaycan Uşaqları" İctimai Birliyinə yerləşdirilib.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, dünən tapılan 2 azyaşlı polis əməkdaşlarının iştirakı ilə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul edilib: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hal-hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536

Oxşar yazılar