Tanınmış jurnalist vəfat etdi
08 sentyabr 2024 12:03 (UTC +04:00)

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya onun həmkarı Qulu Məhərrəmli məlumat verib.

Q.Məhərrəmli qeyd edib ki, H.Elvüsal dövrünün ən gözəl jurnalistlərindən biri idi: “Hidayətin özünəxas üslubu var idi. “Səhər” qəzetində müəllifi olduğu “Belə-belə işlər” rubrikası çox maraqla qarşılanırdı. Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edirdi. Ruhu şad olsun”.

Qeyd edək ki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

H.Elvüsal şair Şücaətin qardaşı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar