Sevinc Qədirova
27 may 2022 14:27 (UTC +04:00)

Sevinc Qədirova

Tanınmış jurnalist şantaj edilir: "İntihar həddindəyəm"

Tanınmış jurnalist Sevinc Qədirovanın həyatı təhlükədədir.

Lent.az xəbər verir ki, bu barədə jurnalistin özü feysbuk hesabında paylaşım edib. 

O, paylaşımda qeyd edib ki, bu təhlükə 2015-ci ildən davam edir:

"20 ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir heç cür.

Rəsmi şəkildə əsir düşmüşəm elə bil bir qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər hələ də. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ya ölkəni tərk et ya da intihar et. Atam qardaşım olsaydı bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Fidan İlqar

Oxşar yazılar