TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Azad Hüseynov vəfat edib.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, o, ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Azad Əli-Abas oğlu Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.
Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.
Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb.
Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.