Sürücülərin NƏZƏRİNƏ:  əsas küçələrdən biri bağlıdır
10 may 2024 12:18 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: əsas küçələrdən biri bağlıdır

Ttəmirlə əlaqədar Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır. Bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır.

Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar