Su basan yerlərdən 3-ü uşaq olmaqla, 20 nəfər xilas olundu - VİDEO
16 aprel 2025 09:59 (UTC +04:00)

Su basan yerlərdən 3-ü uşaq olmaqla, 20 nəfər xilas olundu - VİDEO

Ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090

Oxşar yazılar