"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
31 may 2025 22:08 (UTC +04:00)

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.

Lent.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə saat 19:00-da start verilib.

Gərgin keçən matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda vurulan bir qol oyunun taleyini müəyyənləşdirib. Görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Vasili Berezutskinin yetirmələri ölkə kubokunun qalibi olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar