Rusiyada körpü aşdı:  7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
01 iyun 2025 04:02 (UTC +04:00)

Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB

Rusiyanın Bryansk vilayətində körpünün çökməsi nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə yerində xilasetmə işləri davam edir.

***
03:35

Rusiyanın Bryansk vilayətində körpünün aşması nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər isə xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) "Telegram" kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hadisə zamanı sərnişin qatarının vaqonları və lokomotivi körpünün dağıntıları altında qalıb. FHN əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.

Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 180 nəfərlik heyət və 60 texnika cəlb olunub.

Bildirilib ki, hadisə mayın 31-i axşam saatlarında Vyqoniçi qəsəbəsi yaxınlığında baş verib. Körpü üzərində avtomobillər olarkən çöküb və bu zaman altından keçən sərnişin qatarı dağıntıların altında qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51