50 yaşlı kişi öldürüldü, arvadı və 2 oğlu  tutuldu
31 may 2025 15:45 (UTC +04:00)

50 yaşlı kişi öldürüldü, arvadı və 2 oğlu tutuldu

Türkiyədə 50 yaşlı kişi qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adananın Ceyhan qəsəbəsində baş verib.

Səhər tezdən E.A. əri Şehmuz Atızın yeməyə gəlmədiyini görüb onu oyandırmağa gedib. Lakin qapı kilidli olduğu üçün qonşunu köməyə çağırıb. Qapı qırılandan sonra içəri girmək mümkün olub və Şehmuz Atızın tapança ilə başından vurulmuş meyiti aşkarlanıb.

Hadisə ilə bağlı polis mərhumun arvadı E.A.-nı, onun iki oğlu T.A. və əqli qüsurlu S.A.-nı saxlayıb. Hadisə vaxtı Atızın qızının evdə olmadığı məlum olub. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288

Oxşar yazılar