5 min il əvvəlki  çörək qalığı tapıldı: yenidən hazırlanır
31 may 2025 12:12 (UTC +04:00)

5 min il əvvəlki çörək qalığı tapıldı: yenidən hazırlanır

Alimlər 5000 il əvvəlki çörək reseptindən yenidən istifadə ediblər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, çörək iri üyüdülmüş buğda, qədim buğda növü olan polba, mərcimək toxumları və naməlum bitkinin yarpaqlarından hazırlanıb. 

Erkən tunc dövründə bu çörək parçası müasir mərkəzi Türkiyədə yeni tikilmiş evin astanasının altına basdırılıb. İndi arxeoloqlar onu illər sonra qazıb çıxarıblar və həmin çörəyin reseptindən yenidən istifadə ediblər.

Bu çörək dairəvi və yastı olmaqla, ümumilikdə diametri 12 sm-dir. Sakinlər həmin çörəyi almaq üçün saatlarla növbələrdə gözləyirlər

Qeyd edək ki, çörək qazıntılar zamanı Eskişehir şəhəri yaxınlığındakı Küllüoba adlı yerdə tapılıb.

Arxeoloq və qazıntıların rəhbəri Murat Türkteki bildirib:

“Bu, qazıntılar zamanı aşkar edilmiş ən qədim bişmiş çörəkdir və o, öz formasını böyük ölçüdə qoruyub saxlayıb. Qazıntılarda çörək tapmaq nadir haldır. Adətən yalnız qırıntılar tapırsınız”.

Məsələ burasındadır ki, çörək qorunub qalıb, çünki onu yandırıb, təxminən e.ə. 3300-cü ildə tikilmiş yaşayış yerinin girişinin altına basdırıblar. O, 2024-cü ilin sentyabrında aşkar edilib və Eskişehir Arxeologiya Muzeyində sərgilənir.

“Bu tapıntı bizi çox duyğulandırdı. Qazıntı rəhbərimizlə söhbət edərkən düşündüm ki, bu çörəyi yenidən hazırlaya bilərikmi,”– deyə şəhər meri Ayşe Anluce bildirib.

Alıcıların böyük maraq göstərdiyi növbədə ilk Küllüoba çörəkləri 50 türk lirəsinə satılıb və bir neçə saata hamısı tükənib.

Qeyd olunur ki, çörəyin yenidən kəşfi quraqlığa daha dözümlü qədim buğda növlərinin becərilməsinə marağı artırıb. Bir vaxtlar su mənbələri ilə zəngin olan Eskişehir vilayəti bu gün quraqlıqdan əziyyət çəkir. Anluce əlavə edib:

“Biz iqlim böhranı ilə üz-üzə qalmışıq, amma hələ də çox su tələb edən qarğıdalı və günəbaxan əkirik. Əcdadlarımız bizə dərs verir. Onlar kimi biz də daha az su tələb edən bitkilərə yönəlməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar