Soyqırımı qurbanlarından 7 nəfərin qalıqları Xocalıda dəfn edildi - VİDEO  - YENİLƏNİB
31 mart 2024 11:52 (UTC +04:00)

Soyqırımı qurbanlarından 7 nəfərin qalıqları Xocalıda dəfn edildi - VİDEO - YENİLƏNİB

Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqları dəfn edilib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində rəsmi şəxslər, QHT-lər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

saat 11.10

Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqları Xocalıya gətirilib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin nəşinin qalıqları Xocalı Şəhidlər xiyabanında dəfn edilir.

Dəfn mərasimində rəsmi şəxslər, QHT-lər, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

saat 09.33

Xocalıda Şəhidlər xiyabanında dəfn ediləcək 7 nəfərin nəşinin qalıqları Xocalı şəhərinə yola salınıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində keçirlən vida mərasimindən sonra 7 nəfərin nəşinin qalıqları Xocalı şəhərinə yola salınıb.

Xocalıda Şəhidlər xiyabanında dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.

***

saat 09.19

Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi keçirilir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşləri Xocalıda dəfn ediləcək.

Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində şəhidlərlə vida mərasimi keçirilir.

Xocalıda nəşlərinin qalıqları dəfn olunacaq şəxslər aşağıdakılardır:

 

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.

Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi

Xocalıda soyqırımı qurbanları dəfn edilir

# 5013
avatar

Oxşar yazılar