"Sosial şəbəkələrdə saxta sertifikat satışı ilə məşğul olanlar var" – EKSPERT AÇIQLADI
21 sentyabr 2021 15:27 (UTC +04:00)

"Sosial şəbəkələrdə saxta sertifikat satışı ilə məşğul olanlar var" – EKSPERT AÇIQLADI

“İlk növbədə qeyd edim ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin 3 forması tətbiq olunur”.

Bu fikirləri Lent.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edir ki, ölkədə formal, qeyri-formal, informal təhsil formalarından istifadə olunur.

Təhsil eksperti Kamran Əsədov 

Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə, özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

Ölkəmizin müstəqiliiyinin ilk 20 ilində Azərbaycanda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin saxta diplomları satılırdı ki, onu əldə edənlərin 23 mindən çoxu təhsil sistemində çalışır. Sonradan vahid tələbə-məzun sisteminə keçirildiyi üçün bu problem aradan qalxdı. 

Amma 2-3 ildir di, istənilən şəxsin qeyri-formal təhsil aldığı barədə serifikart və diplom satılması halları kütləvi hal alıb”. 

Kamran Əsədov bildirir ki, heç bir kurs təşkil etmədən, insanlara nəsə öyrətmədən sertifikatlar verirlər və əlbəttə bunun müqabilində müəyyən məbləğdə pul alırlar:

“Ancaq dövlət qurumları belə işbazlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edir və bəzi tövsiyyələr verirlər. Halbuki buna nəzarət mexanizmi dünya təcrübəsində mövcuddur. 

Hazırda real vəziyət budur ki, müəyyən zirzəmidə, biznes mərkəzlərində bir otaqdan ibarət fəaliyət göstərən mərkəzlərə ödəniş edirsən və qısa bir müddətdə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində tanınan sertifikat alırsan. Düzdür, bu sertifikatların heç bir hüquqi əsası yoxdur, amma bütün hallarda işə qəbul və ya müştəri cəlb etmək üçün cəlbedici üsullardan biridir. 

Buna baxmayaraq, sosial şəbəkələr və müxtəlif saytlarda saxta sertifikat satışı ilə məşğul olan qurumlar var. Hətta belə qurumlar bir çox şirkətin çətinliklə aldığı İSO 9001:2008 keyfiyyət üzrə idarəetmə sistemi, İSO 22000 qida təhlükəsizliyi standartları kimi sertifikatları da internetdə pulla satırlar. Bu sertifikatları almaq çətin və uzun bir prosesdən keçməyi tələb etsə də, rəsmi təşkilat olduğunu iddia edən bu şirkət çox qısa bir zamanda sizə bir çox sertifikatlar təklif edir.

Heç bir yerdə qeydiyyatdan keçməyən Amerika Yüksək Təhsil və Akkreditasiya Qurumu adlanan bu təşkilat sertifikatları metro stansiyalarının yaxınlığında və ya hər hansı yerdə görüş təyin edərək müştərilərinə çatdırır. Qiymət isə təqribən ölkədə orta aylıq əmək haqqının yarısı qədərdir”.

Ekspert bildirir ki, türk və ingilis dillərində tərtib olunan sertifikatda iki qurumun imzası, hətta möhür belə vurulur:

“Təhsil ilə bağlı verilən sertifikatlarda vəziyyət daha acınacaqlıdır. Belə ki, şirkətin göndərdiyi elektron dərs vəsaitlərini müştəri oxusa da, oxumasa da sertifikatı əldə edə bilir və o, heç bir imtahana cəlb olunmur. Burada yeganə şərt tələb olunan vəsaiti ödəməkdir.

Belə halların qarşısını almaq üçün istənilən mərkəzin fəaliytəinə yalnız lisenziya əsasında icazə vermək laızımdır və verilən serifikatlar, diplomlar vahid portalda qeydiyyatdan keçməklə verilməlidir. Türkiyə təcrübəsinə əsasən deyim ki, hər qurum sertifikat verə bilməz. Bunun üçün mütləq komitədən qeydiyyatdan keçmək və müvafiq kurslar təşkil etmək lazımdır. Heç bir kurs təşkil etmədən sertifikat satmaq isə cinayət məsuliyyəti yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Nigar Adil

Oxşar yazılar