Sumqayıtda inşa olunan iki binanın mənzillərinin güzəştlə satışı 17 avqust saat 11:00-da başlayacaq və 24 avqust saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, mənzillərin seçimi 20-24 avqust tarixlərində keçiriləcək.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.
Satışa ümumilikdə 144 mənzil çıxarılacaq. Mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.