SOS!!!  Azərbaycanda uşaqlar arasında yeni virus yayılır - ADI YOXDUR
22 dekabr 2021 13:01 (UTC +04:00)

SOS!!! Azərbaycanda uşaqlar arasında yeni virus yayılır - ADI YOXDUR

Son vaxtlar uşaqlar arasında özünü qızdırma, halsızlıq, boğaz ağrısı, ürək bulanma simptomları ilə göstərən xəstəlik yayılıb. 

Belə ki, bir çox bağçalarda bu xəstəlik səbəbindən davamiyyət aşağı düşüb.

Bəs, bu nə xəstəliyidir?

Lent.az azyaşlılar arasında yayılan xəstəliklə bağlı pediatr Elşən Tağıyevlə əlaqə saxlayıb.

O bildirib ki, xəstəliyin hansı virus tərəfindən törədildiyi hələ bilinmir:

“Amma koronavirus olmadığı mütləqdir, çünki testlər neqativ çıxır. Bu xəstəliklə bağlı dəqiqləşdirilmiş analiz yoxdur, ola bilər ki, mövsümü qrip olsun.

Bütün hallarda xəstəlik qısa müddət davam edir, amma pnevmoniya ilə ağırlaşma halları da kifayət qədər çoxdur. Yüksək dərəcədə yoluxucudur, ailədə bir nəfər xəstələnirsə, hamı tutur”.

# 14055
avatar

Aytəkin Cəlali

Oxşar yazılar