Şəhid Səbuhinin qardaşına 11 min manat verildi
06 oktyabr 2022 12:56 (UTC +04:00)

Şəhid Səbuhinin qardaşına 11 min manat verildi

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Lent.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. Oktyabrın 5-dən o, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

# 2871
avatar

Oxşar yazılar