Şəhid Səbuhinin qardaşı ona verilən evdən imtina etdi - Nazirlikdən REAKSİYA
28 sentyabr 2022 15:30 (UTC +04:00)

Şəhid Səbuhinin qardaşı ona verilən evdən imtina etdi - Nazirlikdən REAKSİYA

Şəhid Səbuhi Əhmədovun qardaşı mediaya açıqlamasında dövlət tərəfindən ona verilən evdən imtina etdiyini bildirib.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, ev bir otaqlı olub və ona şəhid ailəsi yox, SOS uşaq kəndində böyüdüyü üçün verilib. Yəni qardaş şəhidin ailəsi hesab olunmur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb və qanunvericilik izah edilib:

"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.

Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. 

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. 

Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Ona qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib".

Qeyd edək ki, şəhidin qardaşı bu barədə "maset.az"a açıqlama vermişdi. 

# 7608
avatar

Oxşar yazılar

Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT

Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT

2 dekabr 2022 , 13:08
Azərbaycanda  ən çox qar   bu əraziyə yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ən çox qar bu əraziyə yağıb - FAKTİKİ HAVA

2 dekabr 2022 , 12:55
Sabah Bakıya yağış, rayonlara  qar yağacaq   - HAVA PROQNOZU

Sabah Bakıya yağış, rayonlara qar yağacaq - HAVA PROQNOZU

2 dekabr 2022 , 12:09
Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

2 dekabr 2022 , 09:45
5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

2 dekabr 2022 , 08:22
Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

2 dekabr 2022 , 00:30
"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

1 dekabr 2022 , 18:11
Əlisa Nicat

Əlisa Nicatın mənzilinin istilik problemi həll edildi

1 dekabr 2022 , 14:10