Şəhid Orxan Əsgərova vida mərasimi keçirilir
30 yanvar 2023 09:12 (UTC +04:00)

Şəhid Orxan Əsgərova vida mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyində şəhid olan Orxan Əsgərova vida mərasimi keçirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına aparılması gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

# 3123
avatar

Oxşar yazılar