Şəhid haqqında sənədli film təqdim olundu -VİDEO
03 noyabr 2022 23:41 (UTC +04:00)

Şəhid haqqında sənədli film təqdim olundu -VİDEO

"Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirilib.

Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilib.

APA TV xəbər verir ki, film "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu, APA MEDİA GROUP-un media dəstəyi ilə ərsəyə gəlib. 

Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri - atası, filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova, Gənclər va idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin müavini Adil Əliyev və "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış edərək bildiriblər ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı qələbəsi, torpaqlarımızın 30 illik işğalına son qoyulması ilə nəticələnib və bu qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. 
Çıxışlardan sonra Şəmistan Əlizamanlının, Çinarə Məlikzadənin ifasında vətənpərvər mahnılar səsləndirilib.

Daha sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş olunub. 

Qeyd edək ki, ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar və iş həyatı filmin süjet xəttini təşkil edib.

Xatırladaq ki, "AzerGold" QSC-nin Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

# 1326
avatar

Oxşar yazılar

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

28 yanvar 2023 , 19:03
Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

28 yanvar 2023 , 14:55
Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

28 yanvar 2023 , 12:54
Sabahın HAVASI:  bu yollar buz bağlayacaq

Sabahın HAVASI: bu yollar buz bağlayacaq

28 yanvar 2023 , 12:24
Xırdalan bu gün susuz qalacaq

Xırdalan bu gün susuz qalacaq

28 yanvar 2023 , 11:12
Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

27 yanvar 2023 , 23:03
Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09