Şəhər meri yağışın dayandırılmasını  əmr etdi
11 iyul 2024 11:51 (UTC +04:00)

Şəhər meri yağışın dayandırılmasını əmr etdi

Fransanın Kulons şəhərinin meri Daniel Marrer rəsmi olaraq yağışın dayandırılmasını əmr edib. 

Lent.az-ın məlumatına görə, “Le Figaro” qəzeti bildirir ki, bu barədə yerli rəhbər müvafiq fərman verib.

Sənəddə qeyd olunur ki, 2024-cü il iyulun 15-dən başlayaraq yağışlar dayandırılmalıdır. Oktyabrın sonuna kimi şəhərdə yağıntı əvəzinə günəşli hava, yüngül küləklər əsməlidir. Fərmanın icrasına görə Fransanın şimal hissəsindəki ruhanilər və kilsə rektorları məsuliyyət daşıyır. Mer onlara sənədin məzmununu yaxşı hava şəraitini təmin edə biləcək yuxarı orqanlara çatdırmağı tapşırıb.

Marrer qeyri-adi fərman vermək qərarını uzun müddət davam edən pis hava şəraitində şəhər sakinlərini sevindirmək istəyi ilə izah edib. "Öz-özümə dedim ki, indi insanlara bir az təbəssüm bəxş etməyin vaxtıdır", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8967
avatar

Oxşar yazılar