Sabah çimərliklərə getməyə hazırlaşanlara  XƏBƏRDARLIQ
11 iyul 2022 16:27 (UTC +04:00)

Sabah çimərliklərə getməyə hazırlaşanlara XƏBƏRDARLIQ

İyulun 12-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. 

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

# 1815
avatar

Oxşar yazılar