Sabah Bakının bu ərazilərinə qar yağacaq - PROQNOZ
23 dekabr 2020 13:33 (UTC +04:00)

Sabah Bakının bu ərazilərinə qar yağacaq - PROQNOZ

Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.   
                                                                                                                                                            Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5562
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar