Restoranda  İYRƏNC MƏNZƏRƏ:   Yeməklər tualetdə bişirilirmiş
26 aprel 2022 11:57 (UTC +04:00)

Restoranda İYRƏNC MƏNZƏRƏ: Yeməklər tualetdə bişirilirmiş

Səudiyyə Ərəbistanı hakimiyyəti Ciddə şəhərində yeməklərin tualetdə bişirildiyi aşkar edildikdən sonra restoranın bağlanmasına göstəriş verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müştərilərə təqdim edilən yeməklərin 30 ildir sanitariya qovşağında hazırlandığı qeyd edilir. Restoran yaşayış binasında yerləşib.

Yoxlama zamanı məlum olub ki, tualetdə ərəb ölkələrində yayılmış qızardılmış şirniyyatlar və hind piroq-samosası hazırlanıb.

Bundan əlavə, ictimai iaşə obyektinin ərazisində yoxlama zamanı gəmiricilər və həşəratlar da aşkar edilib.


 

# 4449
avatar

Oxşar yazılar