Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
29 iyun 2025 11:08 (UTC +04:00)

Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam evlənir.

Şənlik Məhərrəm ayının ilk gününə təyin edilib. 

Lent.az-ın məlumatına görə, “Novaya qazeta Avropa” öz mənbələrinə istinadən yazır ki, mərasimə dəvətləri Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də alıb.

Yazıda o da vurğulanır ki, mərasimə hazırlıq bir neçə ay əvvəl başlayıb.

Bu ilin aprelində Ramzan Kadırovun 17 yaşlı oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Qeyd edək ki, 2023-cü ilin noyabrından kiçik Kadırov Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Gəncin bir çox mükafatları var, o cümlədən Çeçenistan Respublikasının Qəhrəmanı adı, Kadırov ordeni.

Bundan əlavə, martın sonunda o, Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin kuratoru təyin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar