Ramazanın 6-cı gününün  imsak və iftar vaxtı
16 mart 2024 00:05 (UTC +04:00)

Ramazanın 6-cı gününün imsak və iftar vaxtı

Bu gün Ramazan ayının altıncı günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:25-də, ifrat vaxtı saat 19:03-dür.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının altıncı gününün duasını təqdim edir:

Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi:

İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
 

# 4968
avatar

Sevinc Fərid

Oxşar yazılar