Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Qeyd edək ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.