Qar Daşkəsəndə problem yaratdı
12 mart 2021 18:30 (UTC +04:00)

Qar Daşkəsəndə problem yaratdı

Qar Daşkəsəndə problemlər yaratdı - FOTO

Daşkəsənə güclü qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar rayon mərkəzinə 20-21 sm, dağ kəndlərinə isə 40-50 sm-ə çatıb. Qar səbəbindən rayonun Qabaqtəpə, Əmirvar, Astaf, Təzəkənd, Pirverdilər kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda “Azərenerji”nin əməkdaşları ucqar kəndlərə enerji verilişinin bərpası istiqamətində işlər aparır.

Bundan başqa ucqar kəndlərə gedən avtomobil yollarında buzlaşma var. Görülən tədbirlər nəticəsində dağ yollarında hərəkət qismən bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar