Qadın supermarketdəki “səhv” ucbatından milyonçu  oldu
13 noyabr 2024 17:36 (UTC +04:00)

Qadın supermarketdəki “səhv” ucbatından milyonçu oldu

Amerikanın İllinoys ştatının sakini unudulmuş “Lucky Day Lotto” biletini kəşf etdikdən sonra qəflətən onun qalibi olaraq milyonlar qazanıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, amerikalı lotereya nümayəndələrinə bildirib ki, hər şey Elmhurstdakı “Jewel-Osco” supermarketinə adi ziyarətlə başlayıb. Onun sözlərinə görə, lotereya bileti almaq tamamilə təsadüfi bir qərar olub.

Qadın, "Xalamı ziyarətə gedərkən ərzaq almaq üçün “Jewel”də dayandım və qapıdan çıxmadan əvvəl “Lucky Day Lotto” biletini götürdüm" deyib.

O, bileti aldıqdan sonra pul kisəsinə qoyub və onu unudub. Bir neçə gün sonra lotereya biletini xatırlayaraq 20 oktyabr tirajının nəticələrini yoxlamaq qərarına gəlib.

Amerikalı qadın əlavə edib ki, pul kisəsindən bileti çıxardıqdan sonra onu skan etmək üçün lotereya proqramını açıb və 1.000.000 dollar məbləği ekranda görünəndə şokdan az qala tarazlığını itirib. 

Sevincdən göz yaşlarını saxlaya bilməyən qadın artıq gələcək üçün planlar qurmağa başlayıb.

O qeyd edib ki, İrlandiya onun sevimli yeridir və onun füsunkar mənzərələrinə və dinc atmosferinə aşiqdir. İndi o, artıq xərclərdən narahat olmayacağını və hər il İrlandiyaya səfərdən həzz alacağını deyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48715

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04