"Öpüş"  virusu uşaqlar arasında belə yayılır - NAZİRLİKDƏN AÇIQLAMA
02 may 2024 12:14 (UTC +04:00)

"Öpüş" virusu uşaqlar arasında belə yayılır - NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında “epstein barr” virusunun (öpüş xəstəliyi) yayılması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Lent.az-ın sorğusunu cavablandırıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, "epşteyn-barr" virus infeksiyası herpes viruslarından biridir.

Onun sözləörinə görə, bu infeksiyaya insanların əksəriyyəti uşaq yaşlarından başlayaraq zaman keçdikcə yoluxur və yetkin əhali arasında bu infeksiyanı keçirməyən çox az sayda insan qala bilər:

"İnfeksiyanın mənbəyi virusa yoluxan insandır. Əsasən xəstələnmə dövründə, bəzi şəxslərdə isə, uzun müddət davam edən virusgəzdiricilik zamanı yaxın təmaslarda ağız suyu vasitəsilə hava-damcı üsulu ilə, bir sıra hallarda qan köçürülməsi, sperma, anadan dölə ötürülməsi ilə yayılır. Əksər hallarda infeksiya simptomsuz keçir, bəzən kəskin respirator virus infeksiyalarına oxşar əlamətlərlə seyr edir. Xəstəliyin daha ifadəli kəskin gedişli formalarında hərarətin yüksəlməsi, intoksikasiya əlamətləri (ümumi zəiflik, halsızlıq, iştahasızlıq, əzələ ağrıları və s.) faringit, boyun limfa düyünlərinin (limfadenit), qaraciyər (hepatit) və dalağın böyüməsi ilə özünü göstərir. Ağır hallarda sarılıq, yüksək, uzun müddət davam edən qızdırma, bəzən qızılcanı xatırladan ləkəli papulyoz səpkilərlə müşayiət olunur. Əksər insanlar tam sağalır, az hallarda anemiya, trombositlərin sayının azalması, yuxarı tənəffüs yollarının keçiçiliyinin pozulması kimi fəsadlar ola bilər. Çox nadir hallarda proses xronikləşir və üzün müddətdə özünü xroniki yorğunluq sindromu, müxtəlif limfatik sistemin xəstəlikləri ilə cərəyan edir. Müalicəsi əsasən simptomatikdir. Spesifik profilaktika üsulları mövcud deyil. Hava-damcı üsulu ilə yayılan infeksiyalardan qorunma üsulları bu infeksiya zamanı yararlı sayılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Arzu Qurbanlı

Oxşar yazılar