Baş nazir Əli Əsədov
31 mart 2021 19:30 (UTC +04:00)

Baş nazir Əli Əsədov

Operativ Qərargahda növbəti iclas - BAŞ NAZİR TAPŞIRIQ VERDİ

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən APA-ya bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da  genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5649
avatar

Oxşar yazılar