Noyabrda ardıcıl 5 gün   iş olmayacaq
20 oktyabr 2023 12:06 (UTC +04:00)

Noyabrda ardıcıl 5 gün iş olmayacaq

1

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Lent.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 29448

Oxşar yazılar