Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB
28 noyabr 2022 18:19 (UTC +04:00)

Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu bu gün həbs xəbəri yayılan Naxçıvanın maliyyə naziri Rəfael Əliyevə hansı cəzanın verilə biləcəyi ilə bağlıdır.

Belə ki, Naxçıvanın maliyyə naziri Rafael Əliyev Cianyət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Maraqlıdır, görəsən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən maliyyə nazirini neçə il həbs cəzası gözləyir?

Məsələ ilə bağlı Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, ittihama görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən 500 min manatdan yuxarı nəzərdə tutulan əmlakı mənimsəyən və ya israf edən şəxs 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər:

“Həmçinin, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetmə məsələsində görünür ki, 179.4-cü maddədə nəzərdə tutulmuş əməli törədən şəxs zərərçəkmiş şəxslə barışıbsa, dəymiş ziyanı tamnamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın 50% miqdarında dövlət büdcəsinə ödəniş edibsə, cinayət məsuliyyətindən azad edilə bilər”.

# 2262
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

28 yanvar 2023 , 19:03
Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

28 yanvar 2023 , 14:55
Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

28 yanvar 2023 , 12:54
Sabahın HAVASI:  bu yollar buz bağlayacaq

Sabahın HAVASI: bu yollar buz bağlayacaq

28 yanvar 2023 , 12:24
Xırdalan bu gün susuz qalacaq

Xırdalan bu gün susuz qalacaq

28 yanvar 2023 , 11:12
Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

27 yanvar 2023 , 23:03
Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09