Naxçıvanda 17 yaşlı qız evlənmək üçün  qaçırıldı
03 iyun 2025 18:59 (UTC +04:00)

Naxçıvanda 17 yaşlı qız evlənmək üçün qaçırıldı

Naxçıvanda erkən evliliyin qarşısı alınıb.

Lent.az bildirir ki, bu barədə APA-nın yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib. Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 25 yaşlı Şahbuz rayon Gömür kənd sakini A.C. (ad və soyad şərtidir) 17 yaşlı Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A.nı (ad və soyad şərtidir) qaçıraraq erkən evliliyə cəhd ediblər.

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.

Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A .(ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar