Müəllimlərin işə qəbulunda  YENİLİKLƏR
28 aprel 2021 12:44 (UTC +04:00)

Müəllimlərin işə qəbulunda YENİLİKLƏR

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı yeniliklər edilir.

Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi "Facebook" səhifəsində paylaşım edib.

Lent.az həmin qaydaları təqdim edir:

1. Hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib.

2. Müsabiqənin test imtahan mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

3. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar