Moskva-Bakı reysinin QİYMƏTİ - 869 avro...
26 sentyabr 2022 15:44 (UTC +04:00)

Moskva-Bakı reysinin QİYMƏTİ - 869 avro...

Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əladədar bildiririk ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri açıqlanıb.

Lent.az-a AZAL-dan verilən məlumata görə Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri :

- ekonom sinif - 409 avro;

- biznes sinif - 769 avro;

- “VIP Club” tarifi - 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.
 

# 3804
avatar

Fidan İlqar

Oxşar yazılar