Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Lent.az APA-ya istinadla xəbər verir ki, dəfn mərasimində əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici kəşfiyyat idarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak edib.
***
Saat: 10:43
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.
Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.
Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.