MİDA vergi borcu olan şirkəti tenderin qalibi seçib
07 iyul 2022 09:41 (UTC +04:00)

MİDA vergi borcu olan şirkəti tenderin qalibi seçib

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) proqram təminatlarının satın alıması ilə bağlı tenderə yekun vurub.

Lent.az  “APA-Economics”ə istinadla xəbər verir ki, tenderin qalibi "Farah Innovations" MMC seçilib.

MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək.

MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək.

Qeyd edək ki, sözügedən şirkət- "Farah Innovations" MMC-nin 15 983 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir.

 

# 2022
avatar

Oxşar yazılar