Metro işçilərinin bayram günü DƏYİŞDİRİLDİ
19 sentyabr 2022 16:15 (UTC +04:00)

Metro işçilərinin bayram günü DƏYİŞDİRİLDİ

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək isə metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

# 3156
avatar

Aytəkin Cəlali

Oxşar yazılar