Mətbuat katibi  SOCAR-ın vitse-prezidentinin müavini oldu
11 fevral 2022 12:07 (UTC +04:00)

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

SOCAR-da yeni kadr dəyişikliyi olub.

Lent.az xəbər verir ki, şirkətin mətbuat katibi İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini təyin olunub.

Bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Keçmiş mətbuat katibi həmçinin media nümayəndələrinə müraciət edərək, yenə mətbuata açıq olacağını informasiyalarda özünün mətbuat katibi kimi qeyd olunmasını istəyib:

"Bildiyiniz kimi, daha əvvəl mən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini vəzifəsində çalışırdım. Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam".

İbrahim Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar