Məşhurlar hansı  SOSİAL ŞƏBƏKƏDƏN  istifadə edir? –SORĞU 
21 may 2021 19:04 (UTC +04:00)

Məşhurlar hansı SOSİAL ŞƏBƏKƏDƏN istifadə edir? –SORĞU 

Bu gün sadə insanlardan məşhur şəxslərə kimi, hər kəs sosial şəbəkə istifadəçisidir. Müxtəlif məqsədlər üçün istifadə edilən sosial mediaların sayı günü-gündən artır. 

Lent.az tanınmış şəxslər arasında hansı sosial mediadan istifadə etdikləri ilə bağlı sorğu keçirib.

Deputat Fazil Mustafa daha çox “Facebook” və “Instagram” da aktiv olduğunu, paylaşım etdiyini bildirir:

Deputat Fazil Mustafa

““Twitter”də profilim var, amma işlətmirəm. Bir də hərdən “Linkedln”ə baxıram. Müharibə vaxtı xəbər əldə etmək üçün  “Telegram” işlədirdim. İndi demək olar ki, onu da işlətmirəm”. 

Əməkdar artist Aybəniz Haşımova “Facebook”, “İnstagram” istifadəçisi  olduğunu , “YouTube” kanalına nəzarət etdiyini deyib:

Əməkdar artist Aybəniz Haşımova

“Bəzən tələbələrim də paylaşım edir, mən də nəzarət edirəm. Orada maraqlı dostlarım var. Çox vaxt fərqli ideyalar təklif edirlər. Sosial şəbəkələrin sayəsində bütün məlumatları tez bir zamanda əldə edirəm”. 

Xalq artisti Firəngiz Mütəllimova təkcə “Instagram” işlətdiyini söyləyir:

Xalq artisti Firəngiz Mütəllimova

“Twitter” və “Faceboook” da profillərim var idi. 2013-cü ildə beyin əməliyyatından sonra həkim mənə sosial şəbəkələrdə olmamağı məsləhət gördü. Ona görə “Instagram” açdım. Paylaşımları özüm edirəm. Hərdən bacım qızı da nəzarət edir. İzləyicilərimin hamısı real insanlardır. Bütün xəbəri saytlardan oxuyuram. Lent.az da davamlı izlədiyim ilk saytlar sırasındadır”.

Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkələrdən aktiv istifadə edən tanınmışlar sırasındadır. Aparıcı daha çox “Facebook” və “Instagram”da paylaşım edir. 

Aparıcı Rövşanə Ağasəfqızı

İlahiyyatçı Elşad Miri “Facebook” səhifəsi oğurlandıqdan sonra yeni profil açdığını və özünün idarə etdiyini bildirir:

İlahiyyatçı Elşad Miri

“Facebook” və “YouTube” da paylaşımları özüm edirəm. Digər sosial şəbəkə hesablarında profilim var, amma o qədər də aktiv deyiləm. Adıma bir neçə saxta səhifə və profil açıldığından, digərlərində də hesab açmaq məcburiyyətində qalmışam. Saxta hesablar və oğurlanmış “Facebook” səhifəmlə bağlı aidiyyatı qurumlara ünvanladığım şikayətlər cavabsız qalıb” . 

# 2478
avatar

Nigar Adil

Oxşar yazılar