Məhəbbət Vəliyeva ilə bağlı HİCAB  söhbəti və nazirlikdən CAVAB
03 fevral 2021 14:20 (UTC +04:00)

Məhəbbət Vəliyeva ilə bağlı HİCAB söhbəti və nazirlikdən CAVAB

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan yeni iddia geniş müzakirə mövzusu olub.

İddia əsasən, eks nazir müavinin vəzifədən ayrılma səbəbi səhhətində yaranmış problem deyil, dinə meyl etməsi ilə bağlı olub. Belə ki, sosial şəbəkələrdə Məhəbbət Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb. Bu səbəbdən də o nazirliklə yollarını ayırmalı olub.

Lent.az bildirir ki, M. Vəliyevanın özü nazirliyin açıqlamasından əlavə heç nə demir, sualları cavabsız qoyur.  

Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Təhsil Nazirliyi onun ötən il dekabrın 25-də səhhəti ilə bağlı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edildiyi haqda mətbuatda məlumat yaymışdı.

M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, sözügedən iddia doğru deyil: "Məhəbbət Vəliyeva səhhəti ilə bağlı öz istəyi ilə tutduğu vəzifədən azad edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15282
avatar

Nigar Adil

Oxşar yazılar