Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
03 avqust 2024 11:59 (UTC +04:00)

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Avqusutn 3-ü saat 11:00-a olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatala 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Naxçıvan MR-da 33-35, Aran rayonlarında 32-35, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Oxşar yazılar