Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu kreditin verilməsindəki yaş məhdudiyyəti ilə bağlıdır.
Maraqlıdır, görəsən, kreditin alınmasında yaş məhdudiyyəti varmı?
Lent.az xəbər verir ki, kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.