Koronavirus olanların  NƏZƏRİNƏ    - YENİLİK
08 sentyabr 2021 17:13 (UTC +04:00)

Koronavirus olanların NƏZƏRİNƏ - YENİLİK

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Lent.az xəbər veriri ki, məlumatda bildirilir ki, hazırda “Azərbaycanda “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Peyvəndləmə Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər peyvəndlənə bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə peyvənd üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5159

Oxşar yazılar