Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
08 iyun 2025 07:43 (UTC +04:00)

Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi

ABŞ prezidenti Donald Tram qeyri-qanuni mühacirlərə qarşı reydlər nəticəsində yaranan iğtişaşları yatırmaq üçün Kaliforniyaya 2000 Milli Qvardiya əsgəri göndərir.

Lent.az xəbər verir ki, şənbə günü Los-Ancelesdə ikinci gündür ki, əsasən latınların yaşadığı məhəllənin sakinləri ilə İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) federal agentləri arasında toqquşmalar baş verib.

ICE agentləri Paramount bölgəsindəki izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Los-Anceles meri Karen Bass bundan əvvəl xidməti ABŞ-ın ikinci ən böyük şəhərində qorxu səpməkdə ittiham etmişdi.

Donald Tramp Milli Qvardiyanı müəyyən məqsədlər üçün, o cümlədən iğtişaşların yatırılması üçün yerləşdirmək səlahiyyətindən istifadə edərək şəhərə 2000 əsgər göndərdiyini açıqlayıb.

Kaliforniyanın qubernatoru Gavin Nyusom ştata Milli Qvardiya göndərmək qərarının qəsdən təxribat olduğunu və yalnız gərginliyi artıracağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar

Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?

Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?

25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb  OĞURLADILAR

Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR

25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı

Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı

25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi

Ermənistan hərbçisi özünü güllələdi

25 iyul 2025 , 00:50
Kadırov Türkiyədə  ölümdən döndü

Kadırov Türkiyədə ölümdən döndü

24 iyul 2025 , 20:50