Jurnalistlərin reyester məsələsi -  Kimlər kənarda qalacaq?
26 sentyabr 2022 15:50 (UTC +04:00)

Jurnalistlərin reyester məsələsi - Kimlər kənarda qalacaq?

Reyesterə daxil edilmək üçün müraciət etmiş jurnalistlərə hansı hallarda imtina veriləcəyi açıqlanıb.

Lent.az xəbər verir ki, bu, "Media Reyestrinin aparılması Qaydaları"nda əksini tapıb.

Bildirilib ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

- ali təhsili olmadıqda;
- fəaliyyət qabiliyyətli olmadıqda;
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə;
- məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
- media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
- Reyestrə daxil edilməmiş media subyektində işlədikdə;

- işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

- fəaliyyəti qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

- işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda;

- jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə;

- jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə;

- fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.

***

Media Reyesterinə daxil edilmiş media subyektləri və jurnalistlərin Reyestrdən hansı hallarda çıxarılacağı məlum olub.

Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, reyestrə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

- media subyektinin ərizəsi olduqda;

- hüquqi şəxs olan media subyekti ləğv edildikdə;

- məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;

- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

- Qanunun tələblərinə cavab vermədiyi aşkar edildikdə;

- çap mediası subyekti tərəfindən qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;

- Reyestrə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Agentliyə təqdim edilmədikdə;

- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.

Qanunun uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa reyestrdən çıxarılır.

Reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

- jurnalistin ərizəsi olduqda;

- Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;

- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

- yayımladığı informasiyanın qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti reyestrdən çıxarıldıqda;

- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

- Bu qaydalarda qeyd edilən hallarda agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.

# 3321
avatar

Oxşar yazılar