İran zəncəfili YARARSIZ ÇIXDI
01 aprel 2021 17:00 (UTC +04:00)

İran zəncəfili YARARSIZ ÇIXDI

Ölkəmizə idxal edilən zəncəfil məhsulunun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Nigar Adil

Oxşar yazılar