“İmtahanda iştirak üçün sənəd qəbuluna ehtiyac yoxdur” -  RƏSMİ
30 mart 2021 13:01 (UTC +04:00)

“İmtahanda iştirak üçün sənəd qəbuluna ehtiyac yoxdur” - RƏSMİ

“Buraxılış imtahanında iştirak etmək üçün sənəd qəbuluna ehtiyac yoxdur”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib. O bu il aparılacaq buraxılış imtahanlarında hər hansı bir dəyişikliyin olmayacağını bildirib:

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə

“Hər hansı dəyişiklik yoxdur. Buraxılış imtahanında iştirak etmək üçün sənəd qəbulu aparılmır. Sənəd qəbulu yalnız ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün aparılır. Onun vaxtı barədə də məlumat veriləcək”.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15-16 aprel tarixlərində həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar