Həbsxanalarda peşə təhsili ilə bağlı YENİLİK
25 iyun 2025 12:55 (UTC +04:00)

Həbsxanalarda peşə təhsili ilə bağlı YENİLİK

Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya sistemi yaradılacaq.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılmasını 2025–2027-ci illər ərzində təmin etməlidir. Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə 10 aidiyyəti dövlət orqanının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi həyata keçiriləcək.

Eyni zamanda bu müddət ərzində Ədliyyə Nazirliyi digər qurumlarla birgə peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılmasını təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar

Məhkumlar imtahan verəcək – Nazir müavini ilə MÜSAHİBƏ

Məhkumlar imtahan verəcək – Nazir müavini ilə MÜSAHİBƏ

25 iyun 2025 , 16:45
Ağdərədə 32 il sonra  ilk körpə doğuldu

Ağdərədə 32 il sonra ilk körpə doğuldu

25 iyun 2025 , 16:04
Böyrək daşı yaradan  qidalar

Böyrək daşı yaradan qidalar

25 iyun 2025 , 15:59
Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

25 iyun 2025 , 15:13
"Biz uğurların bünövrəsini çoxdan qoymuşuq!" - Lent.az 17 yaşında

"Biz uğurların bünövrəsini çoxdan qoymuşuq!" - Lent.az 17 yaşında

25 iyun 2025 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

25 iyun 2025 , 14:44
Paltarlarınızı çıxarın – Nüvə radiasiyasından QORUNMA YOLLARI

Paltarlarınızı çıxarın – Nüvə radiasiyasından QORUNMA YOLLARI

25 iyun 2025 , 14:14
Bakıda 6 yolda hərəkət məhdudlaşır

Bakıda 6 yolda hərəkət məhdudlaşır

25 iyun 2025 , 13:51