Hansı çağırışlara təcili yardım getmir? - CAVAB
05 fevral 2022 12:01 (UTC +04:00)

Hansı çağırışlara təcili yardım getmir? - CAVAB

Azərbaycanda hansı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu suala aidiyyəti qurum aydınlıq gətirib.

Kliniki Tibbi Mərkəzdən rubrikamızın sualına cavab olaraq bildirilib ki, aşağıdakı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir:

Sahə və ya ailə həkimi tərəfindən planlı müalicə və prosedurların aparılması (inyeksiya,venadaxili infuziya (“sistemin köçürülməsi”), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;

Stomatoloji yardımın göstərilməsi;

Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi;

Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;

Vəfat etmiş şəxsin daşınması;

Ev heyvanlarına tibbi yardımın göstərilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar